Bakıda İdrak liseyində baş verən insident zamanı Əməkdar artist Aqşin Abdullayevin övladının da məktəbdə olduğu bildirilib.
Milli.Az xəbər verir ki, xəbəri eşidən sənətçi dərhal uşağını götürməyə gedib və jurnalistlərin suallarını cavablandırıb:
"Sosial şəbəkələrdə gördük, gəldik uşağı götürməyə. Salamatlıqdır, heç bir problem yoxdur. Deyirlər, ümumiyyətlə, şayiədir. Əsas odur ki, valideynlər bilsinlər - uşaqlar salamatdır, heç kimə heç nə olmayıb. Xəbərləri eşidib, özüm gəldim. Bütün dünyada belə hallar olur, bəladır, hamı deyir, nə zibildir düşmüşük. Məktəbdə yoxlanış aparılıb, bizə deyirlər ki, yalandır".
Qeyd edək ki, liseydə 10-cu sinif şagirdi 29 yaşlı müəllimini evdən gətirdiyi silahla güllələyib.
Hüseyn
Milli.Az
















