İsrail konsulu "Bi-2" rok qrupunun baraban ifaçısı, iki gitara ifaçısı, klavişli alətlər ifaçısı və aranjimançısının İsrailə deportasiyası ilə bağlı Tailandın immiqrasiya orqanları ilə razılaşıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, musiqiçilərin yaxın ətrafındakılarının verdikləri məlumata görə, Aleksandr Uman ( "Bi-2"nin Şurası) barəsində də İsrailə deportasiya ilə bağlı razılaşmaq mümkün olub.
Bundan əvvəl qrupun təsisçisi Yeqor Bortnik ("Bi-2"nin Lyovası, Rusiyadakı xarici agentlərin reyestrinə daxil edilib) İsrailə deportasiya edilib.
"Konsul musiqi qrupunun bütün üzvlərinin Tailanddan İsrailə deportasiyası ilə bağlı razılığa gələ bilib. Onlar artıq qeydiyyat məntəqəsindən keçiblər və yola düşməyə hazırlaşırlar. Hazırda onlar təyyarədədirlər, hər şey qaydasındadır", - deyə məlumatda bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun