"Ailə qurandan sonra hər gün səhər 8-9-da yuxudan oyanmaq məcburiyyətindəyəm. Çünki uşaqlarımı məktəbə, hazırlığa aparıram. Daha sonra isə mənim günüm başlayır. İllərdir fitnes və üzgüçülüklə məşğulam. Səhnə adamı yaşından asılı olmayaraq formada qalmalıdır. Tək ifan yox, görünüşün də qəbul edilməlidir".
Milli.Az bildirir ki, bu sözləri Axşam.az-a açıqlamasında müğənni Elvin Abdullayev deyib. Sənətçi formada qalma sirrlərini bölüşüb. O bildirib ki, 12 ildir idmanla məşğul olur:
"O qədər deyirlər ki, mahnısı yaxşıdır, özünü bəyənmirəm. Ona görə də biz sənətçilər görünüşü ilə də gündəmdə qalmalıyıq. Kökəlməyə meyilliyəm. Əgər yeyib-içdiyimə fikir verməsəm kökələrəm. Qida rasionumdan heç nə çıxartmamışam. Az-az yeyirəm. Amma şansım onda gətirib ki, şirniyyatı sevmirəm. Hər gün idman edirəm. Zala getməyəndə isə piyada gəzirəm. 12 ildir idmanla məşğulam. Sənətdə olan dostlarım var ki, baxıram qarın, bel burdan çıxıb. Mən şükürlüyəm. Bir damcı məsuliyyətsizlik etdin getdin. Arıqlamaq çətindir, kökəlmək asandır. Qadın sənətçilər arasında əksəriyyəti çox kökdür. Baxırsan cavan müğənnidir, amma bədəni nə boyda".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun