Türk kinosunun canlı əfsanəsi Türkan Şoray illər sonra Rusiyaya gedib.
Milli.Az olay-a istinadən xəbər verir ki, sənətçi 46 il sonra yenidən qala gecəsi keçirilən "Bir aşk masalı - Ferhat ile Şirin" üçün Moskvaya yollanıb.
O, 1973-cü ildə Qırmızı Meydanda çəkilən fotosunu təkrarlayıb.
Şoray paylaşımı "İllər sonra Moskva, Qırmızı Meydanda" şərhini yazıb.
Xatırladaq ki, sənətçi 1973-cü ildə Rusiyada film festivalına qatılmış, ardınca Qırmızı Meydanda Türk bayrağı ilə şəkil çəkdirmişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun