Türkiyəli məşhur müğənni Ebru Gündeş səxavətli addımı ilə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, sənətçinin dəyəri təxminən 250 milyon lirə olduğu bildirilən əkiz villasını 14 yaşlı qızı Alaraya hədiyyə edib. Məlumata görə, lüks daşınmaz əmlak bütün şəraiti və dizaynı ilə seçilir.
Türkiyə mediasında yayılan xəbərlər qısa zamanda sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib. İzləyicilər müğənninin qızına belə bahalı hədiyyə etməsini müxtəlif cür şərh ediblər.
Qeyd edək ki, Ebru Gündeş şəxsi həyatı və ailəsi ilə bağlı mövzularla tez-tez medianın diqqət mərkəzində olur.
Musa
Milli.Az
















