Aktyor Vüsal Murtuzəliyev bacısı Əməkdar artist Dilarə Əliyevanın verilişində qonaq olub.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, Vüsal bacısının "Mən necə baldızam" sualına maraqlı cavab verib.
"Qəşəng mövzuya toxundun. Mən tam səmimi deyim, tamaşaçılar da eşitsin. Onsuz da səni tanıyan tanıyır. Tanımayanlar da bilsin. Bir kəlməynən bu sualın cavabını verirəm. Mənim də yoldaşım, qardaşımın da yoldaşı dünyanın ən xoşbəxt gəlinləridirlər ki, onların Dilarə kimi baldızı var", - deyə, o, bildirib.
Xatırladaq ki, Dilarə və Vüsal "Baldız" serialında da bacı-qardaşı canlandırıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun