Türkiyənin məşhur müğənnisi Aslı Güngör paytaxt Bakının qonağı olub.
Milli.Az xəbər verir ki, sənətçi ölkənin əsas konsert zalı olan, Heydər Əliyev adına sarayda səhnə alıb.
Konsert öncəsi Milli.Az-ın suallarını cavablandıran müğənni təəssüratlarını bölüşüb:
"Sizi gördüyüm üçün çox yaxşıyam. Hər kəs gülərüz və qonaqpərvərdir. Bakıya ilk dəfədir ki, gəlirəm. Şəhərinizə heyran qaldım. Konsert məkanınız çox gözəldir. Səhnə geyimimə gəldikdə isə kliplərimdə məni daha tünd və qara rəngli geyimlərdə görürsünüz. Əslində daxilən rəngarəng xarakterli, əyləncəli biriyəm".
Müğənni eşq barədə suala isə belə cavab verib:
"Mənə görə, eşq hər şeyin özüdür. Hər şeyi qəlbimlə etməyə çalışıram. Qarşı tərəf layiqdirsə, mahnılarımdakı kimi "eşq hər şeyə dəyər".
Ətraflı videomaterialda:
Hüseyn
Milli.Az