Müğənni Nadir Qafarzadə sosial şəbəkədə etdiyi açıqlama ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, o, "8 Mart - Beynəlxalq Qadınlar Günü" münasibətilə həyat yoldaşlarına aldıqları bahalı hədiyyələri sosial şəbəkələrdə nümayiş etdirən bəylərə müraciət edib. Sənətçi bu cür paylaşımların düzgün olmadığını düşünərək kişilərə belə addımlardan çəkinməyi tövsiyə edib.
Nadir Qafarzadə bildirib ki, şəxsi münasibətləri və ailədaxili hədiyyələri nümayiş etdirmək əvəzinə onları daha çox özəl saxlamaq lazımdır. Müğənni bu cür paylaşımların bəzən yanlış təəssürat yarada biləcəyini də vurğulayıb: "Görməmişlikdir, birinə alıblar, birinə yox. Hədiyyə ala bilməyən kişilər boynu bükük qalırlar".
Sənətçinin bu fikirləri sosial mediada geniş müzakirələrə səbəb olub. İzləyicilərin bir qismi onun sözlərini dəstəkləsə də, digərləri fərqli fikirlər səsləndirərək mövzu ətrafında mübahisələr aparıblar.
Ətraflı videoda:
Hüseyn
Milli.Az
















