"Övladlarıma o baxır"

"Övladlarıma o baxır"

"Övladıma anam baxır. O olmasaydı işləməzdim, evdən çıxmazdım. O qədər xəstəsiyəm... Demirəm, uşağı dayəyə etibar etmək pisdir. Amma mən edə bilməzdirm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Günay Baxşəliyeva aparıcısı olduğu proqramda danışıb. O, övladlarını dayəyə etibar etmədiyini bildirib. 

Zaur Baxşəliyev isə oğlu Davuddan danışaraq "Bir Davudu saxlamaq üçün 20-30 adam lazımdır. Çox hiperaktivdir. Sevda xanım sağ olsun. 1 saatdan sonra deyirəm, götürün bunu. Adamın bütün enerjisini alana qədər oynayır. Yerdə qalıram. Efirə baxır, mənim verilişim bitən kimi dayanır evin qapısında. İçəri girəndə deyir ki, gəldin?" sözlərini söyləyib. 

Qeyd edək ki, Zaur və Günay cütlüyünün Dilavər və Davud adlı iki övladı var. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun