"Şəbnəm efirdə qadağada olmayıb"

"Şəbnəm efirdə qadağada olmayıb"

Müğənni Şəbnəm Tovuzlu efir qadağası qoyulanlar siyahısında adının yazılmasına münasibət bildirib. 

Milli.Az xəbər verir ki, sənətçi bunun sifarişlə edildiyini bildirib:

"Həmin siyahı çıxanda bilirdim ki, mənim adım orada yoxdur. Həm də rəsmi belə bir siyahı yoxdur. Eybi yox, yalan yazanlara heç nə demirəm. Əsas kökdə mənim adım qadağalar siyahısında yoxdur. Bilirəm ki, mənim adımı sifarişlə həmin yazıda yazdırıblar. Amma eybi yox, efirə çıxdım və sübut etdim ki, Şəbnəm efirdə qadağada olmayıb".

Qeyd edək ki, bir neçə gün əvvəl sosial şəbəkədə "efir qadağası qoyulan ifaçılar" adlı siyahı yayılıb. Siyahıda bir çox ifaçının adı yazılıb. (Axşam.az)

Milli.Az