Türkiyəli aktrisa Ecem Simge Yurdatapanın yeni layihəsi bəlli olub.
Milli.Az xəbər verir ki, aktrisa "Eşref Tek" serialında rol alacaq. O, layihədə "Sude" obrazına həyat verəcək.
Qeyd edək ki, 8 bölümlük layihənin baş rollarını Çağatay Ulusoyla Aybüke Pusat canlandıracaq.
Ecem son olaraq 2023-cü ildə "Ailə" serialında çəkilib. (axşam.az)
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Mənbə:
news.milli.az
















