"Aparıcılar Rəvanın evlənməyindən danışırlar, özlərindən xəbəri yoxdur"

"Aparıcılar Rəvanın evlənməyindən danışırlar, özlərindən xəbəri yoxdur"

Müğənni Elşad Qarayev "7 tamam" verilişində qonaq olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, aparıcı Nanə Ağamalıyevanın "Oğlunuz Rəvan hər dəfə verilişlərə gəlir və sevgidən, evlənməkdən danışır. Bunlar Elşad müəllimin ən aktual mövzularıdır" fikirlərinə belə reaksiya bildirib:

"İndi özümüzdən danışaq. Bizdə o qədər aparıcı var ki, dinmirlər, deyən də yoxdur. Amma kim mənə bu sualı verərsə, açıb deyəcəyəm. Rəvanın evlənməyindən danışırlar, amma özlərindən xəbəri yoxdur. Onu inşallah deyəcəyəm".

Nanə isə cavab olaraq "Həyatım boyu elə bir şərait yaratmamışam ki, kimsə həmkarlarımla bağlı danışsın. Bir insan şərait yaratmasa, kimsə onun haqda danışmaz. Demək ki, edirlərsə, qarşı tərəfdən bu istiliyi alıblar" deyib.

Elşad Qarayev isə "Bilirsiniz necədir? Artıq o insanlar da ailə qurublar. Ona görə yaxşı çıxmır, bu söhbəti bağlamaq lazımdır" söyləyib.

Qeyd edək ki, Rəvan iki dəfə ailəli olub. İfaçının ilk evliliyindən bir qız, ikinci nikahından da bir qız övladı var. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun