Əməkdar artist Mətanət İsgəndərli plastik əməliyyat edirəcək.
Milli.Az xəbər verir ki, müğənni bu haqda "Qonaqcanlı" verilişində deyib. O, bildirib ki, mədəkiçiltmə əməliyyatından sonra yenidən kökəlib:
"Mədəkiçiltmə etdirdim, amma sonra kökəldim. İndi ciddi pəhrizə başladım. Gördüm kökəlmək çoxalır, qarşısını almalıyam. Düşünürəm ki, 5 kiloqram çəki atım, sonra bədənşəkilləndirmə əməliyyatı etdirəcəyəm".
Qeyd edək ki, M.İsgəndərli bir müddət əvvəl üzgərdirmə əməliyyatı da etdirib.(Axşam.az)
Milli.Az
















