"Kuruluş Orhan"dan AYRILIR - FOTO

"Kuruluş Orhan"dan AYRILIR - FOTO

Türkiyənin məşhur tarixi serialı "Kuruluş Osman"da aktyor heyətində dəyişiklik olacaq.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində "Malhun Hatun" obrazını canlandıran aktrisa Bennu Yıldırımlar serialla vidalaşmağa hazırlaşır. Məlumata görə, sənətçi hazırkı mövsümün gedişində layihədən ayrılacaq.

Qeyd edək ki, serialın əsas obrazlarından biri olan Orhan bəy rolunu isə gənc aktyor Mert Yazıcıoğlu canlandırır.

Aktrisanın serialdan ayrılmasının ssenari xətti ilə bağlı olduğu və obrazın hekayəsinin bu mövsümdə tamamlanacağı bildirilir. 

Milli.Az