"Elə kanal var ki, aparıcıları bir-birinə düşməndir"

"Elə kanal var ki, aparıcıları bir-birinə düşməndir"

Aparıcı Elgiz Əkbər maraqlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az azxəbər-ə istinadla bildirir ki, o, aparıcısı olduğu "Elgizlə izlə" verilişində televiziyalarda aparıcılar arasındakı ədavətdən danışıb.

Elgiz "Bizim kanalda nizam intizam var. Ola bilər ki, burada da kimsə özünü "ulduz" kimi aparır, "Primadonna"lıq edir, ama ümumilikdə götürəndə bizdə elə abu-hava yaradılıb ki, mən səndən artığam, daha çox baxılıram, sevilirəm sözləri aramızda olmur. Bu kanalda intriqa yoxdur. Ad çəkmək istəmirəm, bu heç sirr də deyil. Elə kanallar var ki, oranın aparıcıları bir-birilərinə düşməndirlər" deyə bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun