"Qızımla iki ay küsülü qaldıq"

"Qızımla iki ay küsülü qaldıq"

"Yaxşı övlad olmuşam, amma valideynimin sözünü dinləməmişəm. Mənim də başıma eyni hadisə gəldi. Həyat mənə başa saldı. Ata-anama çəkdirdiyimi Allah mənə yaşatdı".

Milli.Az teleqraf.com-a istinadən bildirir ki,  bu sözləri rəqqasə Fatimə Fətəliyeva Xəzər televiziyasında yayımlanan "Dəyişən cavab" verilişində deyib:

"Bildim ki, qızımın həyatında bir insan var, onunla maraqlanır, mənimlə əlaqə saxlamağa çalışırlar. Bir neçə dəfə görüşəndən sonra nə qədər möhtəşəm ailə olsa da arada sözümüz düz gəlmədi. Onlar doğrudan da hörmətli insanlardır. Aydana dedim ki, ailə qurmaq məsələsini yaxşı düşün, sonra qərar ver.

Qızıma tərbiyə, mədəniyyət, savad verən bir anayam. Elə hallar olur ki, onunla məsləhətləşirəm. Çox ağıllı qızdır. Qızımla iki ay küsülü qaldıq, onda nələr çəkdiyimi Allah bilir. Qızım Aydan anladı ki, bunu anasına qarşı edə bilməz. Mən istəmirdim ki, qızım özündən yaşca böyük insanla ailə qursun. Buna görə çox çətinliklər çəkirdim. Aydanın ərinin ailəsi ilə problemlərim yarandı. Aydanla iki-üç ay küsülü qaldıq".

Qeyd edək ki, Fatimə Fətəliyevanın qızı Aydan 2019-cu ildə Əkbər adlı bəylə ailə qurub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun