Xalq artisti İlhamə Quliyevanın tac sevgisini uşaqdan-böyüyə hər kəs bilir. Sənətkar vaxtilə qatıldığı hər tədbirdə və verilişdə başındakı taclarla hər zaman gündəmdə olub. Hətta onun sağlığında heç bir sənətçi başına tac qoymağa cürət etməzdi.
Milli.Az bildirir ki, moderator.az müğənninin tacınının fotolarını əldə edib. Saytımıza daxil olan məlumata görə bu primadonnanın çoxsaylı taclarından sadəcə biridir. Məlumatda o da bildirilir ki, xalq artistinin tacı ondan bacısı Gülbahar xanıma yadigar qalıb. Tacın üzərindəki daş-qaş diqqət cəlb edir.
Tacın fotolarını təqdim edirik:
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun