“1 erkek, 1 kadın”ın aktyoru Bakıya gəlir

“1 erkek, 1 kadın”ın aktyoru Bakıya gəlir

Türkiyəli məşhur aktyor Emre Karayel Bakıya gəlir.

OLAY yazır ki, Emre Karayel martın 2-də Nizami Kino Mərkəzində “Kişi ağlı” tamaşasında çıxış edəcək.

Aktyor “Əziz dostlar, Bakıda Nizami Kino Mərkəzində səhnə alacam. Sizləri aramızda görməkdən məmnun olaram”,-deyərək sevənlərinə səslənib.

Qeyd edək ki, Emre Karayel “1 erkek, 1 kadın”ın baş rolu olub, o, “Kurtlar Vadisi Pusu” serialında Zafer Sasonlu, “Gümüş” serialında  Engin obrazı ilə daha da məşhurlaşıb.