"Həyatı necə yaşayacağımızı özümüz seçirik. Birimiz hər günümüzə sevinərək, sevincimizə və ağlamağımıza, əlimizdə olana və olmayana minlərcə şükr edərək yaşayırıq".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva sosial şəbəkədə yazıb. Sənətçi ömürlərini dedi-qoduya həsr edən insanları tənqid edib:
"Bəziləri də bir tikə ömürlərini öz inkişaflarına yox, qeybət, dedi-qoduya həsr edib, boşluq və qaranlıqda, paxıllıq, cahillik, savadsızlıq quyusunda boğulmağı seçirlər. Yazıq..."
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun