Meyxanaçı Namiq Qaraçuxurlu instaqram hesabında meyxana ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi meyxananın bütün qadağalara rəğmən kütləviliyini itirmədiyini yazıb.
“Təəssüflər olsun ki, hətta bəzi meyxanaçılar, bəzi meyxana həvəskarları meyxananı o qədər dar çərçivədə dərk edirlər ki, vaxtı ilə bu hadisələrin realda baş verdiyini hələdə ağılları həzm edə bilmir. Heç yuxudada görə bilmirlər. Paxıllıqdan görməzdən gələnlər isə ayrı bir acıdır. Meyxana yalnız nə qəzəl, nə musiqi, nə gülüş məkanı, nə əyləncə, nə drama, nə mərsiyə, nə rozə, nə də başqa bir şey deyildir. Bu janrların əksəri özlüyündə möhtəşəmdir, lakin meyxana bütün bunların ən şirin, cana yaxın tərəfini özündə ehtiva etmək bacarığı olan sənətdir. Meyxana bununla meyxanadır!! Sadaladığım hər bir janrın əksər müştəriləri meyxanadan həzz payı ala bildiyi üçün meyxana bütün qadağalara rəğmən heç vaxt kutləviliyini itirməyib. Meyxananı sevə-sevə çərçivəyə salıb məhv etməyin lütfən. İstedadlı və ya həvəskar olmaq hələ geniş təfəkkürə sahib olub təbliğat aparmaq üçün kifayət deyil!!! Düşüncənizi, dünya görüşünüzü zənginləşdirin mütləq!! Meyxananı qorumaq üçün dilinizi qoruyun amandır”, - deyə, o, paylaşımında yazıb.