Dünyaca məşhur müğənni Rihanna 8 illik aranın ardından yeni albom üzərində çalışır.
OLAY yazır ki, bu haqda sənətçinin reper sevgilisi Eysəp Roki məlumat verib. Reper, Riri ilə axşam yeməyinə gedərkən jurnalistlərin bu mövzuda suallarına “Üzərində çalışır” cavabını verib.
Qeyd edək ki, Rihannanın son albomu “Anti” 2016-cı ildə işıq üzü görüb.