Sosial şəbəkələrdə tanınan bloqer Aysel Şükür paylaşdığı yeni video ilə diqqət mərkəzinə düşüb.
Milli.Az xəbər verir ki, o, qış fəslinə baxmayaraq dəniz sahilində çəkdirdiyi görüntüləri izləyiciləri ilə bölüşüb. Videoda onun qayalıqlar üzərində çimərlik geyimində poz verdiyi və dəniz fonunda görüntüləndiyi anlar yer alıb.
Paylaşım qısa zamanda sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub. İzləyicilərdən bəziləri bloqerin görüntülərini tənqid etsələr də, digərləri qış mövsümündə belə paylaşım etməsini maraqlı və qeyri-adi adlandırıblar.
Qeyd edək ki, Aysel Şükür sosial mediada aktiv paylaşımları ilə tez-tez gündəmə gəlir.
Musa
Milli.Az
















