Türkiyəli məşhur aktrisa Hande Ataizi açıqlaması ilə diqət çəkib.
Milli.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, o, Hülya Avşarın çəkildiyi serialla bağlı qalmaqallı fikirlər səsləndirib.
"Aynı Yağmur altında" serialı bərbaddır. Hülya Avşarın rolunu oynamazdım. Allah qorusun. Elə bir iddia yoxdur ki, hər yeni serialda çəkilim. Mümkün qədər seçməyə çalışıram. Sözlərim sadəcə Hülyaya aid deyil, seriala baxdım mənə görə çox pisdir. Elə bir layihənin içində yer almaq istəməzdim".
Musa
Milli.Az
















