Xəbər verdiyimiz kimi, uzun illər əvvəl Xalq artisti Faiq Ağayev, müğənni Samir Bağırovun kliplərinə çəkilən, şou-biznesdə Təhminə (Toma) adı ilə məşhurlaşan model və iş xanımı Rövşanə Kərimova narkotik aludəçilikdən xilas olmaq üçün bir neçə ay əvvəl "Elgizlə izlə" ictimai-sosial verilişinə gələrək kömək istəmişdi. Bu asıllılıqdan qurtulmaq üçün veriliş vasitəsi ilə Təhminə 6 aylıq reabilitasiya mərkəzinə göndərilmişdi.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, Təhminənin autizm xəstəliyindən əziyyət çəkən Mikayıl adlı oğlu və anası sözügedən proqramın canlı efirinə çıxaraq səhhəti və yaşadığı evlə bağlı yaranan problemlərdən söz açıb.
Keçmiş modelin valideyninin sözlərinə görə, onun qaraciyərinə su yığılıb və özünü çox pis hiss edir. Bundan savayı o bildirib ki, Masazırda hazırda yaşadıqları evləri yağan yağışdan sonra su altında qaldığı üçün yararsız vəziyyətə düşüb.
"Mən gecə "pristuplardan" yata bilmirəm. Nəvəmlə yaşadığım ev isə yağan yağışlardan sonra su atında qalıb. Evin zirzəmisi su ilə dolub. Mən nəvəm Mikayıl ilə nəfəs alıram. Onsuz mən qala bilmərəm. Özümə bir fincan çay tökmək iqtidarında deyiləm. O mənə çayı süzüb gətirir.
Evin vəziyyətini görsəniz, çox pisdir. 20-dən çox dəbdəbəli evlərdə yaşamışam. Mən heç bilmirəm ki, belə yaşayış necə olan şeydir. Heç elə ev görməmişəm. Orada girib yaşamaq çox çətindir. Qapının ağzında yatırıq. Ona heç yatmaq da demək olmaz. Ayaq üstə qalırıq.
Yuyunmağa belə yerimiz yoxdur. İsti suyumuz yoxdur. O var-dövləti Allah mənə niyə verirdi? Mənə elə birotaqlı ev qismət edərdi də... Qızım Təhminənin ağlını aldılar. 500 min dollar dəyərində mülküm vardı. Sabunçuda villalarımız var idi. Hamısını da narkomanlar əlimizdən alıb, yedilər",- deyə modelin anası ağlayaraq sözlərini ifadə edib.
Proqramın gedişatında Təhminə müalicə aldığı reabilitasiya mərkəzindən canlı yayıma videozəng vasitəsi ilə qoşulub. Studiyada əyləşən anası və övladını görən model kövrəlib və səhhətində irrələyişlərin olduğunu söyləyib. O bildirib ki, bir neçə aydan sonra sözügedən mərkəzdən asılılıqdan sağalaraq ailəsinin yanına qayıdacaq.
Qızını görən ana isə göz yaşlarına hakim olmayıb. Verilişin aparıcısı Elgiz Əkbər modelin valideyinin sakitləşdirməyə çalışıb.
Qeyd edək ki, Rövşanə Kərimovanın (Təhminə - red.) anası sözügedən verilişə çıxaraq "Ziyan odur ki, şəhərin dörd bir tərəfində evlərimiz vardı. Belə ki, yarım milyonluq bir evimiz, Bayılda dəniz mənzərəli digər evimiz, "Malakan" bağında mənzilimiz, Sabunçu dairəsində yaşıl darvazalı villamız - hamısını satdı. Bu evləri qızım öz adına almışdı. Ona görə də satırdı. Sonuncu evi mən öz adıma keçirdim, onu da satdı.
Əlimdən bu ev də çıxdı. Evin pərdələrinə kimi hər şeyi satdı. Qızım illər əvvəl tərcüməçi kimi çalışırdı. Bizim o qədər pulumuz var idi, bilmirdik, hara xərcləyək. Qohumlarımın əksəriyyətinə Bakıda gözəl şərait qurduq. Amma indi heç biri qızımın aludəçiliyinə görə yaxın belə durmur. Hamı bizdən uzaqlaşıb. Heç kim bizi saymır" açıqlamasını vermişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun