Orhan Gencebay xəstəxanaya yerləşdirildi

Orhan Gencebay xəstəxanaya yerləşdirildi

Usta sənətçi Orhan Gencebay xəstəxanaya yerləşdirilib.

OLAY yazır ki, yüksək hərarət səbəbindən xəstəxanaya yerləşdirilən 81 yaşlı usta sənətçi Orhan Gencebayın koronavirus şübhəsi ilə müalicəsi xəstəxanada davam edir.

''Medicana Zincirlikuyu'' xəstəxanasında koronavirus şübhəsi ilə müalicəyə alınan sənətçinin ehtiyat tədbiri olaraq hospitalizasiya edildiyi bildirilib.

Gencebayın müalicəsi xəstəxanada davam edərkən, həyat yoldaşı Sevim Emre, ailəsi və yaxınlarının sənətçini tək qoymadığı qeyd olunub.