Məşhur türkiyəli iş adamı Hakan Sabancı Azərbaycana səfər edib.
Milli.Az xəbər verir ki, o, "Formula 1" Azərbaycan Qran-Prisini izləmək üçün Bakıya gəlib.
Hakan yarışda lentə aldığı görüntüləri izləyiciləri ilə bölüşüb.
Qeyd edək ki, Hakan daha əvvəl aktrisalar Hande Erçel, Rabia Soytürklə sevgili olub. Onun bir müddət əvvəl Xumar adlı azərbaycanlı qızla da münasibətdə olduğu deyilib. İş adamının hazırda ispaniyalı model Tatiana Panakalla sevgili olduğu iddia edilir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
Mənbə:
news.milli.az
















