Aparıcı Aytən Səfərova əvəzolunmaz olduğunu deyib.
OLAY yazır ki, aparıcı “Söhbət var” verilişində Əməkdar artist Dilarə Əliyevanın “3 günlük Maldiv adalarına istirahətə getsən yerinə 3 gün əvəz etməyə kimi qoyarsan” sualını cavablandırıb.
“5-ci gün efirdən sonra gedəcəm, 6, bazar, 1-ci gün təzədən efirə qayıdacam. Yekəxanalıq kimi çıxmasın, amma elə insanlar var ki, ağzını açanda mən görürəm ki, bu insana baxdım, o verilişinə baxdım, sadəcə həyatımdan gedir”, - deyə, o, bildirib. Səfərova sözlərinə Sokratın “Danış, deyim kimsən” fikrini misal gətirib.
Qeyd edək ki, Aytən Səfərova həftə içi hər səhər Xəzər TV-də canlı efirə çıxır.