ATV telekanalında yayımlanan və "donuz əti" səhnəsinə görə kəskin tənqid olunan "Aynı Yağmur Altında" serialı 7-ci bölümdə ekranlarla vidalaşacaq.
Milli.Az xəbər verir ki, serial xüsusilə son bölümlərindəki bir səhnəyə görə müzakirə mövzusuna çevrilmişdi. Aktrisa Mine Çayıroğlunun canlandırdığı Tülin personajının mühafizəkar bir ailəyə donuz əti təklif etməsi sosial mediada böyük etirazla qarşılanmışdı.
Həm bu qalmaqalın kölgəsində qalması, həm də gözlənilən reytinq göstəricilərini əldə edə bilməməsi serialın sonunu gətirib.
Baş rollarını Nilsu Berfin Aktaş və Burak Tozkoparanın paylaşdığı serialın heyətində Hülya Avşar, Levent Ülgen, Erkan Can və Fikret Kuşkan kimi ustad aktyorlar yer alırdı.
Əvvəlcə bazar ertəsi yayımlanmağa başlayan, lakin uğursuz nəticələrdən sonra bazar gününə keçirilən serial, kanal rəhbərliyi və prodüser komandasının ortaq qərarı ilə vaxtından əvvəl bitirilir.
Lalə Qüdrətova
Milli.Az

















