Bir vaxtlar aralarında qalmaqal yaşanan aparıcı Afaq Gəncəli və müğənni Xatirə İslam bir araya gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, onlar müğənni Sevda Yahyayevanın övladları üçün etdiyi məclisdə görüşüblər. Afaq və Xatirənin birlikdə çəkilən fotosu sosial şəbəkədə paylaşılıb.
Qeyd edək ki, Afaq və Xatirə arasında qalmaqala səbəb aparıcının efirə çıxmaq üçün qonorar tələb edəcəyini deyən ifaçını tənqid etməsi olub.
" Adama deyərlər, ayağını yorğanına görə uzat. Əgər efirdən pul istəyirsənsə, onda niyə toylara gedirsən? Toy müğənnisi olma, otur evində, efirdən pul al və çıx oxu" deyə, Afaq açıqlamasında deyib.
Afaqın bu sözlərinə isə Xatirə sərt reaksiya vermişdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun