Amerikalı müğənni Beyons daha bir rekord qırıb: O, "Billboard" kantri-çartında birinci olan ilk qaradərili sənətçidir.
Milli.Az oxu.az-a istinadən bildirir ki, belə ki, fevralın 11-də yayımlanan "Texas Hold 'Em" çartda birinci olub, başqa bir mahnısı "16 Carriages" isə doqquzuncu yerdə olub.
"Billboard Hot 100"də mahnılar müvafiq olaraq 2-ci və 38-ci yerləri tutur.
Qeyd edək ki, Beyons karyerası ərzində səkkiz dəfə "Billboard top 100"də birinci olub.
Bundan əlavə, Beyons həm kantri mahnılarında, həm də "R&B/Hip-Hop" mahnıları arasında birinci olan ilk qadın müğənnidir.
Bir il əvvəl Beyons "Grammy"də ən çox mükafat alan sənətçi olub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun