Mühafizəçi Aleksandr Korotki məhkəmənin Filip Kirkorova qarşı 2,3 milyon rubl məbləğində qaldırdığı iddianın rədd edilməsi qərarından şikayət edib.
OLAY yazır ki, mühafizəçi Aleksandr Korotki Filip Kirkorova qarşı 2,3 milyon rubl tələb etdiyi iddianın rədd olunmasından apellyasiya şikayəti verib. Bildirilir ki, Korotki “pop kralı”nın çıxışı zamanı aldığı zədə səbəbilə ona vurulan mənəvi ziyanın ödənilməsini tələb edir.
Bundan əvvəl Krasnoqorsk şəhər məhkəməsi iddianı rədd etmişdi. Daha əvvəl isə mühafizəçi ayaq zədəsi səbəbilə işləmədiyi günlərə görə 77 mindən çox rublun tutulması tələbindən imtina etmişdi.
Xatırladaq ki, söhbət 2023-cü ildə baş vermiş insidentdən gedir. Həmin vaxt həmkarı Ani Lorakın konsertindən sonra Filip Bedrosoviç mühafizəçini itələyib, nəticədə o, topuq nahiyəsində bağların dartılması zədəsi alıb.
















