"Komedixana"dakı parodiya səhnəsi sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Milli.Az xəbər verir ki, bu dəfə verilişdə son günlər tez-tez gündəmə gələn müğənni Məcid Şamiloğlu parodiya edilib. Hazırlanan səhnəcik izləyicilər tərəfindən maraqla qarşılanıb və qısa zamanda viral olub.
Səhnədə ifaçının davranışları və səhnə tərzi yumoristik formada təqdim olunub. Bu isə tamaşaçılar arasında gülüş doğurub və müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri səhnəciklə bağlı müxtəlif rəylər yazaraq, bu çıxışa fikir bildiriblər.
Musa
Milli.Az
















