"Bizimləsən" və "Rəngarəng"in yayımı dayandırılır

"Bizimləsən" və "Rəngarəng"in yayımı dayandırılır

"Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.

Milli.Az xəbər verir ki, "Bizimləsən" və "Rəngarəng" verilişləri efirdən çıxarılıb.

Kanalın mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat doğrudur: "Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".

Eyni zamanda, Oxu.Az-ın özəl mənbələrdən əldə etdiyi digər məlumata görə, ARB kanalının efir siyasətində də ciddi dəyişikliklərin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.

Milli.Az