Aparıcı Zaur Baxşəliyev sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, "Bizimləsən" verilişində Arzu və Ceyran adlı iştirakçının olmasını ona irad tutulduğunu söyləyib. Zaur bildirib ki, hər gün ona "Arzunu yox, qaziləri, şəhid ailələrini dəvət edin" şərhi yazılır.
Zaur əlavə edib ki, proqramına qazi dəvət edib, amma insanlar bu süjeti yox, Arzu adlı iştirakçını paylaşıblar:
"Bizə çox deyirlər ki, qaziləri, şəhid ailələrini dəvət etmirsiniz. Hər həftə bir qazi, şəhid ailəsi bizə müraciət edir. İllərdir bu davam edir. Bir qazinin uğuruna sevinə bilməyib, xanımın özünü yerə çırpmasını paylaşan insanlara demək istəyirəm: proqramda bir anda iki böyük hadisə baş verdi. Arzunun özünü yerə çırpmasını böyük hadisə adlandırmayacağam. TikTok səhifələrində "Arzu özünü növbəti dəfə yerə çırpdı" yazırlar. Deyirlər, canını vətən yolunda qoyanları çağırın, bir qazini çağırın, Arzunu niyə çağırırsınız... Elədim, niyə paylaşmadınız? Deməli, siz də Arzu və Ceyranı görmək istəyirsiniz. Mən kimsənin sözünə əhəmiyyət verən deyiləm. Amma etdiyimi etdim".
Qeyd edək ki, proqramda 44 günlük Vətən müharibəsində yerimə qabiliyyətini itirən Vətən adlı qaziyə yardım edib, onun yeriməsinə kömək olublar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun