“İkiniz də məni tək qoydunuz”

“İkiniz də məni tək qoydunuz”

Aparıcı Vüsalə Əlizadə paylaşımı ilə diqqət çəkib.

OLAY yazır ki, o, atasının və qardaşının məzarını ziyarət etdiyi andan fotolar paylaşıb.

Əlizadə paylaşıma təsirli şərh yazıb:

“Canımın yarısı torpaqdadır. İki dağım. Allah rəhmət eləsin. İkiniz də məni tək qoydunuz. Bu gün bayramlaşma və hesabat günüm idi”.

Qeyd edək ki, Vüsalənin qardaşı Əlihüseyn Əlizadə Rafail oğlu 2021-ci yol qəzasında dünyasını dəyişib. Mərhum Dövlət Sərhəd Xidmətinin zabiti olub.