DJ Tural bir müddət əvvəl gündəm olan mövzu barədə danışıb.
Milli.Az bildirir ki, o, həyat yoldaşı, influenser və aparıcı Səma Abıyevanın çimərlik paylaşımından danışıb.
Ülvira Qarayevanın müsahibi olan aparıcı Səmanın bütün qərarlarının arxasında olduğunu bildirib:
"O fotonu mən çəkmişəm, paylaşılmalıdır. Mən görürəm, mənə göstərilmək üçün çəkilməyib. Heç kim həyat yoldaşımı müzakirə edə bilməz. Ona deyilən söz mənə deyilmiş kimidir. Onun bütün səhv və düz qərarlarının arxasındayam. Onu sosial şəbəkədə qınayanlar üzbəüz mənə nəsə deyə bilməz".
Hüseyn
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun