"Testo Taylan" ləqəbi ilə tanınan Taylan Özgüç Danyıldız haqqında cinayət işi açılıb.
Milli.Az xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu sosial şəbəkədə paylaşdığı video səbəbilə fenomen barəsində araşdırma başladıb. İstintaq çərçivəsində Taylan Özgüç Danyıldız saxlanılıb.
Məlumata görə, ona qarşı iki ayrı maddə - xalqı kin və düşmənçiliyə təhrik və əxlaqsız məzmun yayma ittihamları irəli sürülüb.
Məsələ ilə bağlı istintaq davam edir.
İstintaqın əhatə dairəsi və ittihamlarla bağlı detalların yaxın günlərdə daha aydın olması gözlənilsə də, hadisə sosial mediada da geniş diqqət çəkib. Rəsmi açıqlamalar dərc edildikdən sonra prosesin daha aydın olacağı bildirilir.
Milli.Az

















