Milli.Az azxeber.com-a istinadən bildirir ki, medianın "Gəl danış" rubrikasının bu dəfəki qonağı mərhum müğənni Emil Rəhmanın həyat yoldaşı Sabrina Qəmzəyeva olub.
Həyat yoldaşı Emilin vəfat etməsinin bilinməyən tərəflərindən danışıb.
Onun sözlərinə görə, Emil, yaşamaq üçün ayaqlarının kəsilməyinə razılıq vermişdi:
"Evdə halı pisləşdi, apardıq xəstəxanaya. Gedəndə də anama dedi ki, yarım saata evdəyəm. Heç kəsin ağlına gəlməzdi ki, emil gedəcək və qayıtmayacaq. Xəstəxanada dünyasını dəyişdi. Sən demə ayağında tromb var imiş, bilməmişik. Xəstəxanada sonuncu dəfə ona ayağının kəsiləcəyini dedim. Əvvəl razılaşmadı. Sonra ona qazilərimizi xatırlatdım, həyatla necə barışdıqlarını başa saldım, nəhayət razılıq verdi. Dedi ki, həkimi çağırın ayağımı kəssin, yaşamaq istəyirəm. Amma qismət olmadı".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun