Aktrisanın başına iş gəldi: "Gecəmiz qanlı bitdi"

Aktrisanın başına iş gəldi: "Gecəmiz qanlı bitdi"

Aktrisa Üzel Kərimovanın başına iş gəlib.

Milli.Az xəbər verir ki, aktrisa ailəsi və rəfiqələri ilə çərşənbə axşamını qeyd etmək üçün restorana gedib. Restoranda isə insident yaşanıb və rəfiqəsinin həyat yoldaşı xəsarət alıb.

Üzel bu haqda sosial şəbəkədə video paylaşıb:

"Günümüz yaxşı başladı, amma qanlı bitdi. İki xəstəxana gəzmişik. Ailəmiz və ailə dostlarımız restoranların birində qonaq olduq. Kiçik hadisə baş verdi və daha sonra böyüdü. Bizim masamız xanımlar və uşaqlarla dolu idi. Tək kişi rəfiqəmin həyat yoldaşı idi. Hadisə nəticəsində ona xəsarət yetirildi və biz təcili yardımla xəstəxanaya getdik. Restoranda dedilər ki, biz tədbir görəcəyik, amma heç bir tədbir görülmədi".

Milli.Az