Derya toya hazırlaşır

Derya toya hazırlaşır

Derya Uluğ və Asil Gök 10 illik münasibətlərini rəsmi nikahla davam etdirməyə hazırlaşır.

OLAY yazır ki, məşhur müğənninin ad günündə aldığı çox danışılan evlilik təklifindən sonra cütlüyün toy planları da dəqiqləşməyə başlayıb.

Cütlük türk ənənələrindən kənara çıxmır. İddialara görə, may ayında ailə arasında keçiriləcək zərif elçilik mərasimi planlaşdırılır. Bildirilir ki, Derya Uluğ artıq gəlinlik modelləri və toy konsepti üzərində işləməyə başlayıb.

Həm Derya Uluğ, həm də Asil Gök üçün kifayət qədər sıx keçəcək yay mövsümü nikah tarixinin müəyyənləşməsində əsas rol oynayıb. Cütlük konsert marafonunu başa vurduqdan sonra evlənməyi planlaşdırır.

Nikah tarixi 2026-nın Sentyabr ayına planlaşdırılır. Yay boyunca səhnədə olacaqlar, payızın romantik ab-havasında isə ailə quracaqlar.