Əməkdar artist Firuzə İbadova Əməkdar artist Kübra Əliyevanın ona hədiyyə etdiyi geyimi nümayiş etdirib.
Milli axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "Elgizlə izlə" proqramında danışıb. O bildirib ki, proqrama geyindiyi qara libası ona aktrisa bağışlayıb.
K.Əliyeva isə "Gəncəyə getmişdik. Ordan da Şövkət Ələbkərovanın yubileyinə gedəcəkdik. Ordan da deyirdilər ki, elə geyinin, belə geyinin. Mən də elə şeyləri sevmirəm. Apardım və ona bu paltarı aldım" sözlərini əlavə edib.
Bildirilib ki, geyimin qiyməti 450 manatdır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun