Aparıcı Zaur Baxşəliyev növbəti açıqlamaları ilə gündəmə gəlib.
OLAY yazır ki, aparıcı “Bizimləsən” verilişinə şəhid, qazi ailələrini çağırmadığı üçün onu tənqid edənlərə cavab verib.
"Bizə çox deyirlər ki, qaziləri, şəhid ailələrini niyə dəvət etmirsiniz. Hər gün də olmasa, 1 həftə ərzində bir neçə bizə müraciət edir. İllərdir bu davam edir. Mən dünən bir qazinin uğuruna sevinə bilməyib, bir xanımın özünü yerə çırpmasını paylaşan insanlara söyləmək istəyirəm ki, dünən bu proqramın içərisində bir anda iki böyük hadisə baş verdi. Arzunun özünü yerə çırpmasını böyük hadisə adlandırmaya bilərik. Bütün TikTok səhifələrində "Arzu özünü növbəti dəfə yerə çırpdı" deyirsiniz. Deyirlər, canını vətən yolunda qoyanları çağırın, Arzunu niyə orada oturub, Ceyrana niyə bu qədər vaxt həsr edirsiniz. Elədim, niyə paylaşmadınız? Deməli, siz də Arzu və Ceyranı görmək istəyirsiniz. Bitdi bununla da. Mən artıq dünənki olaydan sonra kimsənin sözünə bir o qədər də əhəmiyyət verən deyiləm. Mən hər zamankı kimi dünən etdiyimi etdim. Müqayisədə Arzunun özünü yerə çırpması daha çox tirajlandı, nəinki bir qazinin 3 ildən sonra əlil arabasından ayağa qalxması", - deyə, o, bildirib.
Xatırladaq ki, verilişin dünənki buraxılışında 44 günlük Vətən müharibəsində yerimə qabiliyyətini itirən Vətən adlı qazinin yeriyə bilməsinə kömək olublar.