İtaliyalı kinoulduz Vinsent Kasselin keçmiş həyat yoldaşı Tina Kunakiyə bənzəyən yeni sevgilisi Nara Baptista aktyoru ad günü münasibətilə təbrik edib və onunla yeni fotosunu yayımlayıb.
Milli.Az bizim.media-ya istinadən bildirir ki, noyabrın 23-də 57 yaşına qədəm qoyan aktyorun builki doğum gününü yaddaqalan etmək üçün cütlük Parisdə Eyfel qülləsi fonunda çılğın foto çəkdirib.
Şəkildə Nara Vinsentin qucağında oturaraq üzündə təbəssümlə onu qucaqlayıb.
"Ad günün mübarək, əzizim", - deyə portuqal dilində Baptista sevgilisinə yazıb.
Aşiqlərin portreti yəqin ki, yayda çəkilib, çünki indi model fərqli görünür. Çünki Nara bu yaxınlarda imicini köklü şəkildə dəyişib. Bəlkə də Nara Kasselin keçmiş həyat yoldaşı Tina Kunaki ilə davamlı müqayisələrdən o qədər yorulmuşdu ki, uzun saçlarından qurtulmaq və saçlarını sarıya boyamaq qərarına gəlib.
Qeyd edək ki, Nara ilə Vinsentin sevgi münasibəti iki ay əvvəl onların sosial şəbəkədə bir-birlərinin şəkillərini paylaşdıqları zaman məlum olub. Aktyor və "Miss Universe Australia 2020" müsabiqəsinin 27 yaşlı iştirakçısı hisslərini gizlətmir, müntəzəm olaraq paparazzilərin obyektivlərinə tuş gəlir və birgə fotolar dərc edirlər.
Bu ilin aprelində Vinsent Kassel həyat yoldaşı Tina Kunaki ilə yeddi illik münasibətdən sonra ayrılıb. 26 yaşlı modelin Kasselə xəyanət etdiyi barədə şayiələr yayılıb və bu, boşanmağa səbəb olub. Hələlik ayrılıqlarının rəsmi səbəbini açıqlamayan keçmiş sevgililər Amazoni adlı dörd yaşlı qızlarını böyüdürlər.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun