Arxiv görüntüləri sosial şəbəkələrdə yenidən gündəmə gəlib və izləyicilər arasında maraq yaradıb.
Milli.Az xəbər verir ki, məşhur meyxanaçı Pərviz Bülbülənin reper Elşad Xose ilə birlikdə çəkildiyi arxiv videosu paylaşılıb. Video qısa zamanda sürətlə yayılıb və izləyicilər arasında müzakirələrə səbəb olub.
Paylaşılan kadrlar ikilinin səhnədə birlikdə performansını əks etdirir. İzləyicilər həm çıxışı yüksək qiymətləndirib, ifaya görə maraqlı şərhlər yazıblar.
Sosial mediada videoya gələn reaksiyalar onu yenidən gündəmin mərkəzinə çıxarıb və izləyicilər arasında nostalji hisslər də oyadıb.
Musa
Milli.Az
















