Müğənni Lətifə sosial şəbəkədəki rəsmi hesabında diqqətçəkən dəyişiklik edib.
Milli.Az xəbər verir ki, sənətçi uzun müddətdir üzərində işlədiyi planı nəhayət reallaşdırdığını açıqlayıb. Onun sözlərinə görə, təxminən 4 aya yaxın davam edən prosesdə peşəkar komanda bu dəyişiklik üzərində çalışıb və nəticədə məqsədinə nail olub.
Belə ki, ifaçı instaqram və digər platformalarda istifadəçi adını "latiffa.music" olaraq yeniləyib. O bildirib ki, bundan sonra həm səhnədə, həm də bütün rəqəmsal platformalarda "Lattifa" adı ilə çıxış edəcək.
Müğənni bu addımın yaradıcılığında yeni mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Onun sözlərinə görə, yeni ad artıq onun üçün bir imza xarakteri daşıyır və bu dəyişiklik həm özü, həm də komandası tərəfindən düşünülmüş qərardır.
Sənətçi əlavə edib ki, bu yeniliklə birlikdə dinləyiciləri yeni mahnılar və kliplərlə dolu fərqli bir yaradıcılıq dövrü gözləyir.
Musa
Milli.Az
















