"Tək olsaydı, mən olmasaydım Rəşada bu sənətdə çətin olardı. Bu xasiyyətlə ona asan olmazdı. Mən varam deyə, ona rahatdı".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Özəl" proqramında deyib. Oğlu Rəşad Kərimovun müğənnilik fəaliyyətindən danışan ifaçı onun bu sənətdə olmasını arzulamadığını bildirib.
K.Kərimova daha sonra ən böyük arzusundan bəhs edib:
"Səmimi etiraf ecəyəm. İllər ötdükcə anlayırsan ki, həyatda elə sevgi var ondan o tərəfi yoxdur: bu, övlada, nəvəyə olan sevgidir. Səhər, axşam tək bir arzum var. O da oğul toyu görüm".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun