Sosial şəbəkələrdə illər öncəyə aid maraqlı arxiv görüntülər yayılıb.
Milli.Az xəbər verir ki, kadrlarda bir zamanlar tamaşaçıların sevilən verilişlərindən olan "Çal-çağır" proqramından fraqment yer alıb. Videoda əməkdar artistlər Tünzalə Əliyeva, Dilarə Əliyeva, "Cüllüt" bacı ləqəbli aktrisa və Ülviyyə Əliyeva (Keyxanım) görünür.
Sözügedən görüntülər sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub. İzləyicilər həmin dövrün televiziya layihələrini xatırladıqlarını bildirərək paylaşımın altına çoxsaylı rəylər yazıblar.
Bir çoxları verilişdə yer alan sənətçilərin yaratdığı obrazların illər keçsə də, yaddaşlardan silinmədiyini qeyd ediblər.
Musa
Milli.Az
















