Müğənni İradə İbrahimova bacıları ilə bağlı paylaşım edib.
OLAY yazır ki, o, bacıları Nigar və Sona İbrahimova ilə fotosunu paylaşaraq bunları bildirib:
“Xoşbəxt bacılarıq. Bu cür düşünməyimin bir çox səbəbi var. Mənim üçün isə ən başlıca səbəb sevgidir. Sadəcə özümüzə deyil, ətrafımıza belə verə biləcək, hiss etdirəcək sevgimiz. “Haradan?”, - deyə düşünəndə cavabı göylərdəndir. Bəli! Acı da çəkdik, amma sevgimiz, xoş niyyətimiz sayəsində gücsüzləşmədik. Bizim xoşbəxtliyimiz sevgidən güc alır və nöqtə. Günün mübarək, sonbeşik!”.