Kainat gözəli "kamaz şoferi" oldu

Kainat gözəli "kamaz şoferi" oldu

İrlandiyalı "Miss Kainat" gözəli Qrayn Qallana yük maşını sürücüsü işləməyə başlayıb.

Milli.Az publika.az-a istinadla xəbər verir ki, 29 yaşlı model Avstraliyaya köçdükdən sonra karyerası ilə vidalaşıb və başqa bir işdə çalışmağa məcbur olub. Model instaqramda iş uniformasında foto paylaşaraq tacını artıq kaskanın əvəz etdiyini qeyd edib. Qrayn Qallana Qərbi Avstraliyadakı tikinti mədəninə materialların tədarükü və malların daşınması üçün gündə 12 saat yük maşını sürdüyünü və yeni işində artıq "İlin işçisi" mükafatına layiq görüldüyünü də bildirib.

Keçmiş tibb bacısı The Times" nəşrinə müsahibəsində 40 dərəcə istidə yük maşını sürmək üçün yola çıxmazdan əvvəl saatının səhər saat 4-də zəng çaldığını söyləyib.

"İndi gördüyüm iş əvvəllər gördüyüm işdən çox fərqlidir, lakin mən işimi həqiqətən sevirəm. Tikinti sahəsində yeganə qadınlardan biri idim və əvvəlcə bundan narahat idim. Necə qarşılanacağımı bilmirdim, amma hamı mənimlə yaxşı davrandı və məni xoş qarşıladı", - Qrayn yekunda vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun