Aktyor Taleh Yüzbəyovun həyat yoldaşı, influenser Xatirə Yüzbəyova qonşularından narazılığını dilə gətirib.
OLAY yazır ki, bununla bağlı o, instaqramda videolar paylaşıb. Xatirə deyib ki, qonşuları onu narahat edir:
“Bəzi qonşularımın əlindən bezmişəm. Alt qonşuma əlli dəfə demişəm ki, problemli uşaqlarım var. Problemli olmasa da, adi uşaq da evin içində hoppanıb-düşmür? Saat 8-9, günorta başlayır yuxarını tapbıldatmağa. Evimə gəlib, üzrxahlıq etmişəm. Evinə keyfiyyətsiz divar kağızı vurub. Deyir ki, sən başıma su axıtmısan. Deyirəm, mən bilmirəm ki, evimdən su axır. Deyir ki, bərk hərəkət etmisiniz, kafellər tökülüb. Necə olur ki, bir Zeydin hoppanmağı ilə kafellər tökülür? Siz keyfiyyətsiz təmir etmisiniz, ona mən nə edim? Oğlan özü, sonra anası gəlib. Ümumiyyətlə həyat yoldaşım evdə olmayanda axşam evimə gəlməyinizə haqqınız yoxdur. Deyir, kafellərimiz dağılıb. Bundan sonra sakit danışmayacağam. Qonşularımın evindən çığırtı səsləri gəlir. Bilmirəm, hansı qonşumdur, daim bir kişi qışqırır, söyüş söyür, özünü öldürmək istəyir.
Buna görə şikayət etmirəm. Deyirəm, yəqin ki, psixoloji problemi var. Hələ bir-birimizi görməmişik. Qarajda maşınımı saxlamışam, güzgünü döyür. Deyir, maşını saxlayanda elə edin ki, öz tərəfinizə yaxın olsun. Mən qapını açanda rahat açım. Allah var, həmişə park edəndə ətrafa baxıram ki, görüm bu insan qapını aça biləcək, ya yox. Mən bəziləri kimi eşşək deyiləm. Aramızda 1 km var, mənə şikayət edir. Mənim bu insanlardan çəkdiyim nədir? Yaşlı olduğu üçün dilləşmədim. Çünki böyük-kiçik yeri bilənəm. Sifətim çönəndə çox pis insan oluram. Məni o dərəcəyə çatdırmayın. Nətər edim, maşını divara sürtüm, dirəyə girim? Necə sırf səhv tutmaq üçün yaşayan insanlar var. Uşağın üstünə qışqırmaqdan yorulmuşam ki, Zeyd otur. Bu uşaq nə qədər oturmalıdır. Sizin də yeni doğulan uşağınız var. Gecələr ağlayır. Gəlim, deyim ki, bu uşaq ağlayır, məni yatmağa qoymur. Deməzsiz ki, xəstəsən sən? Sənin uşağın böyüyəcək, evdə qaçmayacaq? Yuxarı qonşumun evindən səslər gəlir. Bir dəfə də yuxarı qalxmamışam. Bunların əlindən bezmişəm, bilmirəm, dərdimi kimə deyim? Öz gözlərində tiri görməyənlərdir”.